Elchi.az CNN-ə istinadən xəbər verir ki, Zelenski ABŞ-dan uzaqmənzilli raketlər almağa fokuslanıb.
Ukrayna prezidenti Vladimir Zelenski 2023-cü ilin sonuna qədər yayda başlayan genişmiqyaslı hücumda Ukrayna qoşunlarının uğur qazana biləcəyinə əmin olmadığını bildirib.
“Düşünürəm ki, həqiqətən heç kim bilmir”, – deyə Zelenski CNN-ə verdiyi müsahibədə ordusunun hazırkı hücumda uğur qazana biləcəyinə əmin olub-olmadığını soruşduqda deyib.
O, həmçinin qeyd edib ki, hazırda ABŞ-dan uzaqmənzilli raketlər almağa yönəlib, təhvil verməkdən imtina etmək Ukrayna üçün “itki” olacaq və Ukrayna Silahlı Qüvvələrinin “böyük itkilərə” səbəb olacaq.
Şayəstə Hüseynova




