Pentaqonun sözçüsü mayor Çarli Dits bildirib ki, Rusiya xüsusi əməliyyatı başlayandan bəri 84 min ukraynalı hərbçi 30-dan çox ölkədə təlim keçib. Elchi.az xəbər verir ki, onun sözlərini “Foreign Policy” nəşri yayıb.
Onun sözlərinə görə, təkcə ABŞ-da “Strykers” zirehli transportyorları, “Bradley” piyadaların döyüş maşınları və mexanikləşdirilmiş piyada maşınlarını idarə edə biləcək təlimlərdə 15-ə yaxın batalyon yaradılıb. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin əsgərləri tankları qatarlara yükləməyi, həmçinin su basmış səngərləri aşmağı öyrəniblər.
Lakin bu, ABŞ-ın Ukrayna ordusunda görmək istədiyi taktiki dəyişikliklərə gətirib çıxarmayıb.
Havar Şəfiyeva





