"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53
in KÖŞƏ YAZILARI

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar bizim Şirvan şəhərində yaşayıb. O, vaxtlar şəhərimiz indiki kimi Şirvan deyil Əli Bayramlı adlanırdı. Çingiz şəhərin “İŞIQ” adlı qəzetində jurnalist işləyib. Yəqin ki çoxları bunda xəbərsizdirlər. O, redaksiyanın “şəhər həyatı və məktublar şöbəsi”-nin müdiri olub. Bu 1960–ci illərin sonlarına təsadüf edib.

Bunu da oxuyun

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Bu sətirlərin müəllifi də uzun illər həmin redaksiyada işləyib. Amma Çingizin şəhəri tərk edib getməsindən uzun illər sonra. Məhz bu zamanlar redaksiyanın ayrı-ayrı əməkdaşlarının Çingiz Ələkbərzadə haqda xatirələrini eşitdim.

Çingiz təyinatla bizim Şirvan şəhərinə işləməyə gəlmişdi. O, illərdə qəzetin redaktoru Möhsüm Xəlilov idi. Sonralar Möhsüm müəllim onu bunu belə xatırlayırdı:
–“ Eşitmişdim ki, xalq yazıçısı Əbühəsənin oğlu Ç.Ələkbərzadə redaksiyamıza təyinat alıb.Onunla bir yerdə işləməli olacağıq. Amma bu məni sevinməkdən daha çox narahat olmağa vadar edirdi. Bilmirdim ki, adlı-sanlı bir yazıçının oğlu ilə münasibətimizi necə quracağıq. Ona necə söz deyəcəyik.Bir yandan da tanışlar mənə xəbərdarlıq etmişdilər ki, –“Çingiz şıltaq təbiətli, ipə-sapa yatmayan bir gəncdir.”

Çingiz “Çılpaqlı” qəsəbəsində kirayə ev tutub orada yaşadı. Redaksiyaya işə qəbul olunduqdan sonra qəzetin sənaye şöbəsinin müdiri Sabir Gözəlov ona “Çılpaqlı” qəsəbəsində ev tapmaqda kömək etmişdi. Sabir müəllim özü də həmin qəsəbədə yaşayırdı və redaksiyaya yaxın olduğuna görə məhz burada ev kirayələməsini ona məsləhət bilmişdi.Çingiz də ona qulaq asmışdı.

O, maraqlı yazılarla ,felyeton və oçerkləri ilə tezliklə şəhərdə tanındı.Redaksiya işçiləri arasında Çingiz istedadlı olmağı ilə fərqlənirdi. Həm də özünəməxsus çıltaqlıqları da var idi.Tez-tez işə gecikirdi.Gələn kimi tez özünü redaktorun kabinetinə salar,dil-ağız etməklə onu yumşaltmağa çalışırdı.Redaktor da gülümsəyərək ona bu şıltaqlıqları bağışlayırdı. Beləliklə Çingiz hər yerdə olduğu kimi redaksiyanın da ərköyün əməkdaşı statusunu qazanmışdı.

Şəkildə: soldan rejissor M.Manafov,ortada yazıçı Ç.ƏLəkbərzadə və jurnalist S.Gozəlov.1970-ci il. Şirvan şəhəri.”İŞIQ” qəzeti redaksiyasının önü.

Redaksiyada sıxlıq idi.İşçiərin sayı çox idi. Otaqlar azlıq edirdi.Hər jurnalistə ayrıca otaq ayırmaq imkanı yox idi. Odur ki , Çingizi şəhərin qucaman jurnalist Taptıq Xudayi ilə bir otaqda yerləşdirmişdilər. Taptıq Xudayi uzun illər qəzetin redaktoru olmuşdu. Çingiz gələn vaxtlarda redaktor müavini işləyirdi. O,çox ciddi , qaraqabaq bir adam idi. Çox danışmağı sevməzdi.Zarafatla da arası yox idi.Cavanlara qarşı da bir qədər dözümsüz idi. Onda fərqli olaraq Çingiz deyib-gülən , zarafatlaşmağı sevdiyi ilə səciyyələnirdi .Günlərin birində Çingiz nə deyirsə Taptıq müəllim bərk əsəbləşir. Ayağa qalxaraq Çingizin üstünə qıçqırır və onu otağıdan çıxarır.Onların səs-küyünə redaksiya əməkdaşları otaqlartından çıxaraq dəhlizə yığışırlar.Tapdıq müəllim tələb edir ki, Çingizi başqa otağa keçirsinlər və onun bir otaqda saxlamasınlar .Redaktor da işə qarışır.Taptıq müıəllimi bir təhər sakitləşdirirlər.Çingizi isə müvəqqəti olaraq ayrı otağa keçirirlir.İş günü başa çatır.Redaksiya əməkdaşları hər biri evə gedərkən narahat olurlar ki, görəsən sabah bu hadisə necə qurtaracaq?Amma səhəri gün işə gələndə onlar gözlərinə inanmırlar.Taptıq müəllimlə Çingiz ikisi bir yerdə söhbət edə-edə redaksiyaya gəlirdilər.Sən demə Taptıq müəllim evə gedəndən sonra hirsi soyuyb.Çingizə dediyi sözlərdən peşmançılıq çəkib.Gecə ilə ona zəng vurub.Görüşüb barışıblar.Taptıq müəllim deyirdi ki, əgər o gün onunla barışmasaydım gecə səhərədək gözümə yuxu getməyəcəkdi.Taptıq müəllim bir qədər səbirsiz olsa da , ürəyiyumşaq adam idi. Uzun müddət kin saxlaya bilmirdi.Onların barışmaqlarını bütün redaksiya kollektivi şadyanalıqla qırşılayırlar.

Çingiz həm də teatr həvəskarı idi. Şəhər mədəniyyət evinin dram dərnəyinin rejissoru Miryusif Manafovla dost idilər.Ç.ƏLəkbərzadə yeni qoyulan tamaşalar, teatrın aktyorları haqda məqalələr yazaraq teatrın fəaliyyətini işıqlandırırdı.Bir dəfə M.Manafov onun da tamaşada aktyor kimi çıxış etməsini təklif edir.Çingiz onun təklifi ilə razılaşır və növbəti tamaşaların birində baş rollardan birini ifa edir.Çingiz rolun öhdəsindən məharətlə gəlir.Onun aktyorluq bacarığı olması da ortaya çıxır.Bundan sonra Miryüsif Manofovla dostluqları daha da möhkəmlənir.

Ç.Ələkbərzadə kirayədə qaldığı “Çılpaqlı” qəsəbəsinin tarixi, adamları ilə də maraqlanır.”Çılpaqlı” adlı roman yazıb çap etdirib.

Onun kirayə qaldığı mənzilə tez-tez yurnalis dostu Sabir Gğzəlov, şəhərin dram dərnəyinin rejissoru Miryusif Manafov, mühəndis Səbirağa Nəsənov gəlir,tez-tez Çingizə baş çəkirdilər.Uzun illər şəhər redaksiyası ilə əməkdaşlıq emiş ,yerli şair Yaqub Salman ilə ara-sıra görüşüb söhbət edirdik.Bir dəfə Çingiz haqda soruşdum.Y.Salman onun haqda dedi:–İstedadlı idi Çingiz. Məşhur yazıçının oğlu idi. Bu bir qədər onu ərköyünləşdirmişdi.Bəzən həddini aşırdı.Gecə saat 2-yə,3-ə kimi oturub dostları yeyib-içərdilər.Axırda başlarını da şampan şərabı ilə yuyurdular.İfrata varırdılar.Hərdən qonşular da onların səs-küyündən şikayətlənirdilər. Eləcə içkiyə də meyllənməyə başlamışdı Çingizr. O da , dostları da.
Ç.ƏLəkbərzadə “İŞIQ” qəzetində fəaliyyətini başa vurdu.O, mərkəzi qəzetlərdən birinə bölgə müxbiri təyin olundu . O, rayonlara ezamiyyətə gedir və yazılar hazırlayırdı. Mənz belə ezamiyyəıtlərinin biruində Çingiz həbs edilir. Onun Şamaxı rayonunda restoranların birində ,içib sərxoş olaraq, işçilərə qarşı kobudluq etmsi və rüşvət tələb etməsi xəbəri yayıldı. Deyilirdi ki, bu hal dəfələrlə təkrar olunduğundan restoran işçiləri cana doyaraq, onun bu əməlindən dövlət təhlükəsizlik komitəsinə şikayət etmiblər. O növbəti dəfə həmin restorana gələrək öz əməlini təkrar etdiyi zaman yaxalanır.Onun barəsində cinayət işi açılaraq barəsində həbs qəti imkan tədbiri seçilmişdi.Çingiz rüşvətalma maddəsi ilə həbs edildi.Respublikanın neçə-neçə tanınmış ziyalıları onun həbsdən azad olunmasına görə dövlət qürumlarına müraciət etdilər.Lakin bötön bu müraciətlər cavabsız qaldı. Çingiz həbs olundu. O bir neçə il həbsxanada yatdı. Azad olunduqdan sonra “Zİindan” adlı romanını işıq üzü gördü. Bu roman oxucular arasında ona populyarlıq qazandırdı.Lakin keşirdiyi nizamsız həyat tərzi onun səhhətində problemlər yaranmasına səbəb olmuşdu.Bir müddət sonra o dünyasını dəyişdi.Sonralar onun qızı Sevda Əlkbərzadə atasının günahsız yerə həbs olunması haqda iddialarla televiziyada çıxışlar etdi.Bilmirəm ona bəraət qazandıra bildilər ya yox. Amma onu bilirəm ki, valdeyn övladının nəzərində həmişə ən təmiz və ən yaxşı adam kimi görünür.

Feyruz Muradov

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Beyrutdakı ABŞ səfirliyinin binasında atışma olub

Next Post

BNM İB saxta xəbərlərlə mübarizəyə həsr olunmuş 4 sosial çarx hazırlayıb

Bənzər yazılar

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Azərbaycan amansız bir savaşın içərisindədir

Azərbaycan amansız bir savaşın içərisindədir

14 Sentyabr 2022 - 20:37

"Bu gün hamı informasiya savaşı barədə danışır. Amma Azərbaycan cəmiyyətinin informasiya savaşı anlayışı münaqişənin ilk illərində olduğundan çox da irəli...

Next Post
BNM İB saxta xəbərlərlə mübarizəyə həsr olunmuş 4 sosial çarx hazırlayıb

BNM İB saxta xəbərlərlə mübarizəyə həsr olunmuş 4 sosial çarx hazırlayıb

Yevlaxda erməni icmasını təmsil edənlər kimdir? – Şok isimlər

Yevlaxda erməni icmasını təmsil edənlər kimdir? - Şok isimlər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.