Ukrayna prezidenti Vladimir Zelenskinin sülh planının birtərəfli olması səbəbindən uğur qazanmaq şansı yoxdur. Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu İsveçrənin Xarici İşlər Naziri İqnazio Kassis bildirib.
Nazir Ukrayna liderinin təşəbbüsünü tənqid edib. “Birtərəfli sülh planlarının güc yolu ilə həyata keçirilməsinə nail olmaqdan başqa uğur şansı yoxdur. Və biz bu münaqişənin daha da böyük müharibəyə çevrilməsini istəmirik”- deyə o bildirib.
Xatırladaq ki, bundan əvvəl Zelenski BMT Təhlükəsizlik Şurasının iclası zamanı iki tələbdən ibarət sülh planını səsləndirib. Siyasətçinin sözlərinə görə, onun planına rus qoşunlarının 1991-ci il sərhədləri daxilində Ukrayna ərazisindən tamamilə çıxarılması, eləcə də bütün dövlət sərhədinə və Qara və Azov dənizlərindəki müstəsna iqtisadi zonaya nəzarətin Kiyevə tam qaytarılması daxildir.
Havar Şəfiyeva






