İspaniya La Liqasında 22-ci turun mərkəzi görüşü Madrid derbisi sayılırdı.
Bakı 2015 Avropa Oyunlarının loqotipi ilə meydana çıxan “Atletiko” “Real”ı “Visente Kalderon” stadionuna ayaq basmağa peşman edib. İlk dövrədə səfərdə 2:1 udan “Atletiko” bu dəfə də doğma meydanda rəqibinə aman verməyərək 4:0 inamlı qələbə qazanıb.
Karlo Ançelottinin komandası 90 dəqiqə ərzində bir dəfə də olsun təhlükəli vəziyyət yaratmayıb.
“Atletiko” – “Real” – 4:0
Qollar: Tiaqo Mendeş, 14 (1:0), Saul Niqes, 18 (2:0), Qrizmann, 67 (3:0), Mandzukiç, 89 (4:0)
Bakı 2015 Avropa Oyunları bu gün İspaniyanın “Atletiko” komandası ilə müqavilə imzalandığını elan edib.
2014-15 mövsümünün sonunadək UEFA Çempionlar Liqasının və İspaniyanın futbol çempionatı olan La Liqanın oyunlarında çıxışı zamanı “Atletiko”nun formalarında ilk Avropa Oyunlarının loqotipi əks olunacaq.
“Atletiko”nun hal-hazırkı turizm mövzulu Azərbaycan “Odlar yurdu” sponsor loqotipi bu gün “Real Madrid”ə qarşı oyununda yenilənib.
Mənbə
ANS PRESS
ANS PRESS






