Musavat.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, Muğla sahillərində mindikləri gəminin batması nəticəsində 7 nəfər xarici ölkə vətəndaşı olan qaçaq həyatını itirib.
Belə ki, səhər saat 09:00 radələrində balıqçılar və ətrafdakı dənizçilər, qaçaqlardan bəzilərinin cəsədlərini görüblər və vəziyyəti Marmaris Sahil Təhlükəsizlik Qrup Komandirliyinə xəbər ediblər.
Bunun ardından axtarışa çıxan MSTQK üzvləri, 7 nəfərin cəsədini aşkar ediblər. Altı nəfər qaçaq da Sahil Təhlükəsizlik qrupları tərəfindən xilas edilib. İtkin düşən 2 qaçağı havadan və dənizdən axtarışları davam edir.
Araşdırmala nəticəsində məlum olub ki, onlar Yunanıstanın “Simi” adasına getmək üzrə yola düşüblər. İraq və İran əsilli cəmi 15 qaçağı içində olduğu gəmi, bir müddət yol getdikdən sonra, naməlum səbəblərdən batıb.
Musavat.com









