Braziliyanın keçmiş prezidenti
Bolsonaro ilə bağlı araşdırma aparan federal polislə əməkdaşlığa razılıq verən sabiq Braziliya prezidentinin keçmiş köməkçisi Mauro Cid bildirib ki, o, prezident seçkilərində uduzduqdan sonra hərbi çevriliş etməyi planlaşdırır. Elchi.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilir ki, Sidin keçmiş prezidentin yüksək rütbəli hərbçilərlə görüş təşkil etdiyi və onlara seçkilərin nəticələrinin ləğvi ilə bağlı fərman layihəsi təqdim etdiyinə dair ifadə verdiyi iddia edilir. Braziliya Federal Polisi isə davam edən istintaqla bağlı şərh verməkdən imtina edib.
Qeyd edək ki, əvvəllər Bolsonaro paytaxtda törədilən qırğınlarla bağlı istintaqa cəlb edilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, Bolsonaro zorakı etirazların təhrikçilərindən və ideoloqlarından biri ola bilər. Braziliyanın Ali Məhkəməsi onun 2030-cu ilə qədər seçkilərdə iştirakını qadağan edib.
Havar Şəfiyeva






