Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsinin Serbiya ilə yaxşı əməkdaşlığı olduğunu açıqlayıb.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, o, bu barədə BMT Baş Assambleyasının 78-ci sessiyasında danışıb.
Vuçiçin sözlərinə görə, Serbiya ABŞ, Asiya və Afrika ilə əlaqələri inkişaf etdirir və eyni zamanda Rusiya ilə əlaqələri kəsmir.
“Hazırda Serbiyanın ABŞ ilə yaxşı əməkdaşlığı var, demək olar ki, əladır və biz inanırıq ki, əlaqələrimiz gələcəkdə daha da yaxşılaşacaq. Eyni zamanda, Serbiya bütün qitələrdə böyük ənənəvi dostluğu davam etdirəcək”.
Vuçiç vurğulayıb ki, serblər insanları dəri rənginə və dininə görə ayırmırlar, buna görə də onların Çin, Yaponiya, Cənubi Koreya və müsəlman ölkələri ilə yaxşı münasibətləri var.
“Biz həmçinin Rusiya ilə mühüm və tarixi əlaqələrimizi kəsmirik”, – deyə o, əlavə edib.
Yeganə






