Amerika liderinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan brifinqdə bildirib ki, ABŞ prezidenti Co Bayden bu gün Ukraynaya yeni irimiqyaslı hərbi yardım paketinin ayrılmasını elan edəcək.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
Sallivanın sözlərinə görə, bu paketə əhəmiyyətli hava hücumundan müdafiə imkanları, silahlar, avadanlıqlar, HIMARS MLRS üçün döyüş sursatları, kaset sursatları və tank əleyhinə silahlar daxil olacaq.
Sallivan ATCMS uzaqmənzilli raketlərinin Kiyevə ötürülməsi məsələsinə xüsusi diqqət yetirib. Onun sözlərinə görə, ukraynalılar hələlik onları qəbul etməyəcək, lakin belə bir imkan nəzərdən keçirilir.
Yeganə




