“Hökumətlər tədbir görməsə, süni intellekt dünya nizamını poza bilər”.
Elchi.az BBC.com-a istinadən xəbər verir ki, bu fikirləri Böyük Britaniya baş nazirinin müavini Oliver Douden bildirib. Douden bu barədə Birləşmiş Millətlər Təşkilatına (BMT) xəbərdarlıq edib.
Qeyd edək ki, noyabrda Böyük Britaniyada süni intellektin tənzimlənməsini müzakirə etmək üçün qlobal sammit keçiriləcək. Qaydalar olmasa, süni intellektin son nəticədə işləri məhv edə, dezinformasiyanı artıra və ya ayrı-seçkiliyi artıra biləcəyi ilə bağlı qorxular var.
“Əvvəllər hökumətlər texnoloji inkişafa cavab olaraq qaydalar yaradırdısa, indi süni intellektin inkişafı ilə yanaşı qaydalar da yaradılmalıdır”,-deyə Douden vurğulayıb.
Yeganə





