Ukrayna prezidenti Volodimir Zelenski ABŞ və Ukrayna arasında uzunmüddətli razılaşma olduğunu açıqlayıb.
Elchi.az bu barədə Reuters.com-a istinadən bildirir.
“Mən ABŞ prezidenti Co Bayden və onun komandası ilə görüşdüm. Yeni müdafiə paketi var: zenit müdafiəsi, artilleriya, mərmi, mühəndis avadanlıqları. Uzunmüddətli razılaşma da var: biz birlikdə çalışacağıq ki, Ukrayna lazımi silahları ABŞ-la birlikdə istehsal edəcək. Bu, bizim birliyimizin yeni səviyyəsidir”.
Zelenski bildirib ki, ABŞ-la müdafiə sənayesinin birgə istehsalı tarixi hadisədir: “İki ölkə üçün yeni sənaye bazası, yeni iş yerləri. Xüsusilə, Ukrayna hava hücumundan müdafiə sistemləri istehsal edə biləcək”, – deyə o, əlavə edib.
Qeyd edək ki, sentyabrın 21-də ABŞ dövlət katibi Entoni Blinken Ukraynaya 128 milyon dollarlıq yeni təhlükəsizlik paketi, həmçinin 197 milyon dollarlıq silah və texnikanın verildiyini açıqlayıb.
Yeganə





