Avropa Komissiyası (AK) cümə günü Ukraynaya cari il üçün makromaliyyə yardım paketindən 1,5 milyard avro məbləğində növbəti aylıq tranşı köçürüb.
Elchi.az bu barədə Vesti.ru-ya istinadən xəbər verir.
AK-nin Brüsseldə keçirilən brifinqdən sonra dərc olunmuş sənəddə deyilir: “Bu dəstək Ukraynaya maaş və pensiyaları ödəməyə, həmçinin xəstəxanalar, məktəblər və məcburi köçkünlər üçün mənzil kimi mühüm dövlət xidmətlərini saxlamağa kömək edəcək”.
2023-cü il üçün Avropanın Ukraynaya yardımının ümumi məbləği 18 milyard avro təşkil edir. Bu yardımın böyük hissəsi 10 illik güzəşt müddəti ilə kredit şəklində veriləcək.
Yeganə





