Almaniyalı jurnalist Julian Roepke “X” sosial şəbəkəsindəki səhifəsində ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketi ayırmasına münasibət bildirib. O qeyd edib ki, Kiyev tələb etdiyi bir sıra silahları almayıb və ona kömək edən Qərb koalisiyası sonda dağılacaq. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
Onun sözlərinə görə, bunun fonunda Rusiya heç nə edə bilməz, sadəcə olaraq Qərb koalisiyası özbaşına dağılıncaya qədər gözləmək kifayətdir.
Bundan əvvəl Rusiyanın Vaşinqtondakı səfirliyi ABŞ-ı uğursuz əks-hücum əməliyyatını ayaqda saxlamaq üçün Kiyevə ən təhlükəli silahları təhvil verməyə hazır olmaqda ittiham edib.
Havar Şəfiyeva






