Rusiyada “WhatsApp”-ın bloklanması ilə bağlı şayiələr görə yeni messencerlərin yaradılması təklif olunub.
Elchi.az xəbər verir ki, bu barədə Lent.ru məlumat yayıb.
Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev ölkədə “WhatsApp” messencerinin bloklanması ilə bağlı yayılan şayiələrə görə Rusiya ani messencerlərinin yaradılmasına çağırıb.
Bundan əvvəl Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin rəhbəri Aleksandr Xinşteyn etiraf edib ki, “WhatsApp” messencerində xəbər kanalları açıldıqdan sonra Rusiyada bloklana bilər. Deputatın sözlərinə görə, xidmətin “Meta”ya aid olması kanallarda dərc olunan məlumatların anti-Rusiya xarakteri daşıyacağını deməyə əsas verir.
Havar Şəfiyeva






