Qalıq yanacaqların istifadəsini tamamilə aradan qaldırmaq ideyası real deyil. Elchi.az “Reuters”a istinadən xəbər verir ki, bunu Çinin iqlim üzrə xüsusi nümayəndəsi Xie Zhenhua BMT-nin “COP28” iqlim konfransı ərəfəsində Pekində keçirilən forum zamanı deyib.
Xie Zhenhua görə, qalıq yanacaqlar qlobal enerji təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır. Bərpa olunan enerji mənbələri hazırda kifayət qədər etibarlı deyil və belə enerjinin saxlanması texnologiyaları hələ yetişməmişdir. Beləliklə, Xi Zhenhuanın fikrincə, dünya iqtisadi artımı təmin etmək üçün qalıq yanacaqlara etibar etməyə davam etməlidir.
Zhenhua qeyd edib ki, Çin müxtəlif ölkələrin iqtisadi şərtlərindəki fərqləri nəzərə almaq şərti ilə bərpa olunan enerji mənbələrindən istifadə üzrə qlobal layihədə iştirak etməyə hazırdır.
Havar Şəfiyeva





