“Ölkə ərazisində yol infrastrukturuna bir daha baxmaq lazımdır. Çünki keçmiş nəqliyyat nazirliyinin dövründə Azərbaycanda ciddi şəkildə vəsait xərclənib müxtəli layihələr həyata keçirtdi, tuneller, körpülər tikildi. Çox təssüf ki, layihələndirmə zəif şəkildə həyata keçirlib”. Bu fikirləri Elchi.az-a açıqlamasında nəqliyyat üzrə eksprt Elməddin Muradlı deyib.
O, həmçinin əlavə edib: “Təxminən 10/15 il öncə bu işlər görülüb, lakin həmin vaxtı bu günki günümüzü nəzərə almayıblar. Ən çox tıxac yaranan yer isə Xırdalan ərazisidir.
Səbəb isə odur ki, Sumqayıtda yaşayanların yarıdan çoxu paytaxtda işləyir və nəticədə, səhər saatlarında təxminən 200 mindən çox maşın həmin istiqamətdən şəhərə daxil olur. Lakin həmin yolun tutumu buna hesablanmayıb. Keçmiş nəqliyyat naziri Ziya Məmmədov iflic bir nəqliyyat siyasəti yürütdü və hazırda yaşadığımız problemlərin bir çoxunda bunun nəticəsidir”.
Havar Şəfiyeva






