Dünya bazarında neft qiymətinin aşağı səviyyəyə düşməsi ölkəmizə də təsir edib. Ona görə də Azərbaycan hökuməti adekvat addımlar atmağa başlayıb. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvi hökumətdəki oxşar qurumların birləşdirilməsini qaçılmaz edir. Bir çox Dövlət orqanlarında ixtisarların baş verməsi yaxud nazirlik və komitələrin ləğvi gözlənilir. Aldığımız məlumatlara görə,Vergilər, Maliyyə nazirlikləri və Əmlak Komitəsi birləşdiriləcək. Bu barədə, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov da Hefteaz.tv-ə açıqlamasında dolasıyla təsdiq edir. O qeyd edib ki, dövlət strukturlarının təkmilləşdirilməsinə ehtiyac var. Millət vəkili digər strukturların da birləşdirilməsinin zəruriliyini burğulayıb: “Məsələn, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi demək olar eyni funksiyaları yerinə yetirir. Bu, təbii ki, dövlət başçısının səlahiyyətində olan məsələdir. Vergilər Nazirliyi faktiki olaraq vergiyə cavabdeh olan bir təşkilatdır. O cümlədən dövlət büdcəsinə nəzarət mexanizmini həyata keçirən qurum Maliyyə Nazirliyidir. Eyni zamanda Əmlak Məsələləri üzrə Dövlət Komitəsi. Düşünürəm ki, bu sistemə də baxmaq olar. Ümumiyyətlə, struktur dəyişikliyinə ehtiyacı olan qurumlar kifayət qədərdir. Bu məsələlərin həyata keçirilməsi isə ölkənin iqtisadi vəziyyətindən asılıdır”.
V.Əhmədov kifayət qədər bilgili deputatdır. Onun hazırkı pozisyonu hakimiyyət daxilində gedən proseslər haqda bilgi almağa imkan verir. Ona görə də mümkündür ki, V.Əhmədovun Maliyyə, Vergilər nazirliklərinin, həmçinin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin vahid qurumda birləşdirmək təklifi sırf informasiyaya əsaslanır. Yəqin yaxın vaxtlarda bunun nə qədər doğru olacağını biləcəyik.
Hefteaz.tv
Rusiya səfiri Çexiya XİN-ə çağırılıb
Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...



