İsrail, Belçika və Macarıstanlı həmkarları ilə görüşən xarici işlər naziri Hakan Fidan üçün diplomatik gedişlər davam edir. Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirlərinin Qeyri-rəsmi Toplantısına qatılan Fidan ABŞ dövlət katibi Blinkenlə görüşüb.
Elchi.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin sosial media hesabından verilən açıqlamaya görə, nazir Fidan Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyası çərçivəsində Nyu Yorkdakı Türkevidə İsrail, Macarıstan və Belçikalı həmkarları ilə görüşüb.
Fidanın israilli həmkarı ilə görüşündə iqtisadiyyat, turizm İkitərəfli əlaqələr, xüsusilə konsulluq və konsulluq əlaqələri və regional inkişaflar müzakirə edilib.
Nazir Fidan daha əvvəl BMT Baş Assambleyası çərçivəsində müxtəlif ölkələrdən olan nümayəndələr və həmkarları ilə görüşmüşdü.
Qaraçay türklərini qəbul etdi
Fidan Türkevidə Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirlərinin Qeyri-rəsmi Toplantısında da iştirak edib. O, üzv və müşahidəçi ölkələrin nümayəndələrinə müraciət edib.
İclasda iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazir Fidana Türk Evində istifadə olunacaq Qarabağ xalçasını hədiyyə edib.
Qaraçay türklərini qəbul edən Fidan Baş Konsulluğun qapılarının qaraçay türklərinin üzünə hər zaman açıq olduğunu vurğulayıb.
Fidan Blinkenlə görüşüb
Xarici işlər naziri Hakan Fidan bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenlə görüş keçirib.
Təxminən 45 dəqiqə davam edən görüş təkbətək keçirilib.
Görüşdə iki ölkə arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılması üçün qarşıdakı dövrdə atılacaq konkret və konstruktiv addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı Qara Dəniz Taxıl Təşəbbüsü, İsveçin NATO-ya üzvlüyü və Qarabağdakı son hadisələr də müzakirə olunub.
Nuranə Məmmədova





