Kanada yeni hərbi yardım paketinin bir hissəsi olaraq Ukraynaya 35 pilotsuz uçuş aparatı (PUA) təhvil verəcək.
Elchi.az CBC kanalına istinadən xəbər verir ki , bunu baş nazir Castin Trüdo deyib.
Onun sözlərinə görə, dronlar yüksək ayırdetmə qabiliyyətinə malik kameralarla təchiz olunacaq. Bundan əlavə, Kanada Ukraynaya döyüş sursatı, yüngül avadanlıq və Leopard 2 tanklarının saxlanmasında yardım göstərəcək .
Bundan əvvəl məlum olmuşdu ki, Kanada Ukraynaya 650 milyon Kanada dolları (482 milyon ABŞ dolları) ayıracaq , həmçinin Leopard 2 tanklarını təhvil verəcək.Hərbi yardımın yaxın bir neçə il ərzində Kiyevə ötürüləcəyi bildirilir. Ottavanın Kiyevə ötürmək niyyətində olduğu tankların sayı dəqiqləşdirilməyib.
Sentyabrın 22-də Kanadanın baş naziri Castin Trüdo və Ukrayna prezidenti Vladimir Zelenski arasında danışıqlar olub. Ölkələrin liderləri müdafiə sahəsində əməkdaşlıq və Kiyevin təklif etdiyi sülh formulunun həyata keçirilməsini müzakirə ediblər.
Nuranə Məmmədova





