Yunanıstanda etirazlara və tətillərə səbəb olan iş saatları qaydası qəbul edilib. Ölkədə iş vaxtının gündə 13 saata qədər artırılmasını nəzərdə tutan qanun layihəsi parlament tərəfindən qəbul edilib.
Elchi.az xəbər verir ki, Yunanıstanda ictimai nəqliyyatdan ictimai qurumlara qədər bir çox sahədə ümumi tətil keçirilib. Ölkənin hər yerində etiraz aksiyaları, mitinqlər keçirilib. Minlərlə işçi gecə saatlarına qədər meydanlarda etiraz aksiyası keçirib.
Həmin etirazlara səbəb gündəlik iş vaxtının 13 saata qədər artırılmasını nəzərdə tutan qanun layihəsi olub. Mübahisəli qanun layihəsini parlamentə Yunanıstanın İnkişaf və İnvestisiya naziri Adonis Georgiadis təqdim edib. Parlament ölkə daxilində hadisələrə səbəb olan qanun layihəsini təsdiqləyib.
Tənzimləmə gündəlik iş vaxtının 13 saata, həftəlik iş vaxtının isə 78 saata çatdırılmasına yol açır. İstirahət günləri olan bazar günləri də əsasnaməyə daxildir.
Şayəstə Hüseynova




