Erməni deputatlar parlamentin iclaslarına qatılmamaq qərarı veriblər
Ermənistanın “Çiçəklənən Ermənistan” partiyasının deputatları parlamentin işini boykot etməklə hədələyib.
ANS PRESS-in Erməni KİV-ə istinadən verdiyi məlumata görə, parlamentin iclasları fevralın 23-26-da keçiriləcək. “Çiçəklənən Ermənistan” partiyasının katibi Naira Zoqrabyan bildirib ki, başqa siyasi qüvvələrin qoşulub-qoşulmamasından asılı olmayaraq parlamentin fəaliyyətinə etiraz edəcəklər.
Onun sözlərinə görə, Parlament Assambleyasının siyasi şurası partiyaya belə bir çağırış edib və partiya bu çağırışa cavab vermək niyyətindədir. Naira Zoqrabyan həmçinin qeyd edib ki, Ermənistandakı vəziyyət getdikcə da çox kriminallaşdığı üçün ölkənin gələcəyi ilə bağlı vəziyyəti təxmin etmək mümkün deyil.
ANS PRESS



