Tbilisidən 6 km məsafədə Mtsxeta şəhəri yaxınlığında 4,4 maqnitudalı zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzinin məlumatında deyilir.
Zəlzələnin episentri Norio kəndindən 2 km aralıda yerləşib. Yeraltı təkanların episentri 9 km dərinlikdə yerləşir. Yeraltı təkanlar yerli vaxtla saat 08:00-da (Bakı ilə eyni) qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat verilmir.
***
08.20
Tbilisidən 6 km məsafədə Mtsxeta şəhəri yaxınlığında 4,4 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzinin məlumatında deyilir.