İrəvanda səhər saatlarından etibarən növbəti etiraz aksiyalarına start verilib.
Elchi.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, paytaxtın əksər küçələri etirazçılar tərəfindən bağlanılıb.
Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiyalar zamanı 168 nəfər saxlanılıb.
Saxlanılanlar polisin qanuni tələblərini yerinə yetirməməkdə ittiham olunurlar.




