Kubanın Vaşinqtondakı səfirliyinə molotov kokteyli atılıb.
Elchi.az xəbər verir ki, Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilla Kubanın Vaşinqtondakı səfirliyinə 2 molotof kokteyli atıldığını bildirib.
Parrilla, X sosial media platformasında verdiyi açıqlamada:
O bildirib ki, dünən gecə ABŞ-ın yerli vaxtı ilə Kubanın Vaşinqtondakı səfirliyinə molotof kokteyli ilə “terror aktı” həyata keçirilib.
Hücumda heç bir səfirlik əməkdaşının zərər çəkmədiyini deyən Parilla hadisənin səfirlik binasına ikinci “hücum” olduğunu qeyd edib.
Əvvəlki hücum 2020-ci ilin aprelində təşkil edilib.
Şayəstə Hüseynova





