Filippinin Milli Təhlükəsizlik Müşaviri Eduardo Ano, Çin Sahil Mühafizəsi (CCG) tərəfindən Cənubi Çin dənizindəki mübahisəli sularda yerləşdirdiyi “üzən maneənin” aradan qaldırılması üçün lazımi tədbirlərin görüləcəyini söylədi.
Elchi.az xəbər verir ki, Filippin Xəbər Agentliyinin (PNA) məlumatına görə, Ano CCG-nin ərazidə maneələr quraşdırmasını pisləyib.
Ano, CCG-nin Cənubi Çin dənizinin şərqindəki Luzon adasının qarşısındakı “Skarboro rifi”ndə quraşdırılmış 300 metr uzunluğundakı üzən maneəni aradan qaldırmaq üçün lazım olanı edəcəyini bildirib.
“Çin tərəfindən quraşdırılan maneələr balıqçılarımızın ənənəvi balıqçılıq hüquqlarını pozur”. Filippinli balıqçıların hüquqlarının qorunacağını vurğulayan Ano bildirib.
Ano, “Bölgədə balıq ovuna mane olan hər bir dövlət Birləşmiş Millətlər Təşkilatının Dəniz Hüququ Konvensiyasını (UNCLOS) və beynəlxalq hüququ pozmuş olacaq” dedi. dedi.
Filippin Sahil Mühafizəsi Komandanlığının sözçüsü kontr-admiral Cey Tarriela dünən Cənubi Çin dənizindəki mübahisəli sularda “üzən maneə” yerləşdirməkdə günahlandırdığı Çini “qətlə” qınayıb.
Şayəstə Hüseynova






