"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yasamalın icra başçısı narazılıq yaradır

09 Fevral 2015 - 13:09
in MANŞET

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Artıq neçə müddətdir ki, redaksiyamıza daxil olan şikayət məktublarında Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin fəaliyyətinə dair etiraz və iradlar diqqətimizi cəlb edir

yasamalHəmin şikayət məktublarında icra başçısı tərəfindən rayonda müxtəlif qanunsuz əməllərə, rüşvətxorluğa və digər korrupsiya hallarına rəvac verildiyi bildirilir. Məlum olduğu kimi İbrahim Mediyevin rəhbərlik etdiyi rayonun ərazisində bir çox kommersiya obyektlərinə, o cümlədən bir neçə şadlıq saraylarına sahib olması əvvəllər də çoxsaylı problemlərə yol açan amillərdən biri kimi çıxış etməkdə idi. Belə ki, icra başçısının bizneslə məşğul olması onun rayonda fəaliyyət göstərən digər sahibkarlara qarşı təpki və təqiblərlə çıxış etməsi ilə müşayiət olunur. Sağlam rəqabət üsullarına etinasızlıqla yanaşan bu məmur, məhz rəqiblərin sıxışdırılması yolu ilə öz biznesinin çiçəklənməsini təmin edir. Yasamal icra başçısının qanunları saya almaması, total korrupsiyaya yol verməsi, ərazidə satmadığı torpaq sahəsinin qalmadığı, sahibkarlara qənim kəsilməsi və başqa qanunsuzluqlara rəvac verməsi barədə hədsiz-hesabsız şikayətlər onun mənfi imicinin formalaşmasına əsas vermişdir. Artıq qeyd olunduğu kimi İ.Mehdiyevin ən çox sevdiyi məşğuliyyəti rayon ərazisinin fərdi ev və obyekt altına verilməyə yararlı torpaq sahələrini satmaqdır. Artıq satmağa yer qalmadığından, İ.Mehdiyev bir müddət əvvəl hətta bir məscidi də söküb yerini bazara çıxarmaqdan çəkinməyib. Bir müddət sonra isə başçı “İnşaatçılar” metro stansiyasının həndəvərindəki beşmərtəbəli binaların altını satmağa qərar vermişdi. Alt mərtəbələri alanlar qazıntı apararaq zirzəmi yaradır, bununla da həm binanın sakinləri üçün təhlükə törədirlər, həm də nəqliyyat xidmətindən əlavə strateji funksiyalar daşıyan metropoliteni təhdid qarşısına qoyurlar. O da məlumdur ki, rayonun məhəllələrində ağaclar kəsilir və onların da yerində qanunsuz tikintilər aparılır. Bununla kifayətlənməyən işbazlar ATS xətlərinin, telekommunikasiya luklarının üzərində qarajlar tikirlər. Məhəllələrdə sakinlərin də öz imkanları hesabına inşa etdikləri xeyir-şər evlərinin yerləri də RİH-nin mənsubları tərəfindən xüsusi mülk kimi başqalarına satılır. Lakin bu yaxınlarda İbrahim Mehdiyevin bu istiqamətdə fəaliyyəti artıq əks-reaksiya verməyə başlayıb. Bu il ölkəmizdə keçiriləcək I Avropa Oyunları münasibətilə paytaxtımızda daha da intensivləşən abadlıq işlərinin gedişi, bu məmurun maraqları ilə müəyyən ziddiyyətlər yaradıb. Bu xüsusda aldığımız məlumatlarda bildirilir ki, Yasamal rayonu ərazisində görülən abadlıq işləri çərçivəsində bir çox binalarda inşa olunmuş “artırmalar” indi sökülür. Əslində bu artırmalar qanunsuz tikilmiş eyvan və ya kiçik ticarət obyektlərindən ibarətdir. Lakin məsələ bundadır ki, heç bir sakin bu qanunsuz tikintini özbaşına aparmayıb. Əlavə tikilinin hər bir kvadrat metrinə görə icra hakimiyyətinə külli-miqdarda pul ödənilib. Yəni, bu gün sökülən hər obyekt və ya eyvan öz sahibinə 10, 15 və ya 20 min manata başa gəlib. Buna görə də sakinlər indi öz pullarını İbrahim Mehdiyevdən geri tələb edirlər. Amma əlbəttə ki, tələb etmək başqa, ala bilmək başqa. Ən azından biz hələ ki, başçı tərəfindən kiməsə “kompensasiya” verildiyini eşitməmişik.

Digər tərəfdən isə İbrahim Mehdiyev özü rayonda fəaliyyət göstərən sahibkarlardan və hətta dövlət müəssisə və təşkilat rəhbərlərindən pul “qoparmağın” yolunu yaxşı bilir. Bunun üçün RİH başçısı Yasamal ərazisində uşaq bağçasının tikintisindən tutmuş, hər növ abadlıq işlərini sırf öz adına çıxararaq, bu “alicənab” əməllərdə ona dəstək olmalarını tələb edərək iş adamlarından və müəssisə rəhbərlərindən mütəmadi olaraq böyük vəsaitlər toplaya bilir…

Qarşı tərəfi də dinləməyə hazırıq.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Salyanda şok korrupsiya olayı

Next Post

Müdafiə naziri səfərə gəlir

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Müdafiə naziri səfərə gəlir

Merkel ABŞ-a gedir

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.