Umerov: Zelenski Ukraynanın ilk Abrams tanklarını aldığını təsdiqləyib
Elchi.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski “Abrams” tanklarının ilk partiyasının ölkəyə gəldiyini təsdiqləyib və bu barədə özünün Telegram kanalında yazıb.
Bu barədə Zelenskiyə öz növbəsində müdafiə naziri Rustem Umerov məlumat verib. “Abramlar artıq Ukraynadadırlar və briqadalarımızı gücləndirməyə hazırlaşırlar. Müqavilələri yerinə yetirdiklərinə görə müttəfiqlərə minnətdaram! Biz tədarük coğrafiyasını genişləndirərək yeni müqavilələr axtarırıq”, – deyə Zelenski qeyd edib.
Bundan əvvəl “The New York Times”ın mənbələri “Abrams”ın ilk partiyasının şənbə günü, sentyabrın 23-də Ukraynaya çatdırıldığını bildirmişdilər. O, planlaşdırılandan bir neçə ay əvvəl göndərilib və zirehli texnikanın özləri artıq “qoşunlara daxil olub və Ukraynanın əks-hücumunda iştirak etməyi bacarıblar”.
Şayəstə Hüseynova





