Bizim üçün hazırda mövcud atəşkəsin qorunub saxlanması, növbəti hərbi əməliyyatların olmaması, Qarabağ əhalisinin humanitar ehtiyaclarının ödənilməsi vacibdir.
Elchi.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Azərbaycanın Qarabağ iqtisadi rayonundakı hazırkı vəziyyətlə bağlı qeyd edib.
“Ordakı humanitar vəziyyətə gəlincə, Qarabağdakı etnik ermənilər istəsələr öz evlərində sülh və ləyaqət içində, hüquq və təhlükəsizliklərinə hörmət edilməklə yaşaya bilərlər. Getmək istəyənlərə neytral, müstəqil, üçüncü tərəfin nəzarəti altında təhlükəsiz keçid təmin edilməlidir. Və Azərbaycan mülki insanları qorumaq və hər kəslə, o cümlədən yaraqlı hesab etdiyi şəxslərlə humanist rəftar edilməsini təmin etmək üçün məsuliyyət daşıyır”, – o bildirib.
Rusiya səfiri Çexiya XİN-ə çağırılıb
Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...




