Diplomat qeyd edib ki, Ukrayna, şübhəsiz ki, Polşanı Rusiyaya qarşı mübarizədə göstərdiyi dəstəyə görə yüksək qiymətləndirir.
Elchi.az xəbər verir ki, Ukrayna Polşa ilə münaqişəyə meyilli deyil və dialoqa açıqdır, deyə respublikanın xarici işlər naziri Dmitri Kuleba bildirib.
“Biz münaqişə vəziyyətində deyilik. Biz Polşa tərəfi ilə söhbətə çox açığıq, onlara çox hörmət edirik, Rusiyaya qarşı mübarizədə Polşa xalqının dəstəyini sonsuz qiymətləndiririk və ona minnətdarıq”, – diplomat ümumkrayna telemarafonunun efirində bildirib.
Xatırladaq ki, sentyabrın 20-də Varşava Kiyevə silah tədarükünü dayandırdığını elan edərək, tədarükləri yalnız əvvəllər bağlanmış müqavilələr əsasında başa çatdırıb.
Şayəstə Hüseynova





