Peskovun sözlərinə görə, Qarabağda istənilən missiya yalnız Azərbaycanın razılığı ilə mövcud ola bilər.
Elchi.az xəbər verir ki, Qarabağda istənilən müşahidə missiyası yalnız Bakının razılığı ilə baş tuta bilər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ-ın təşəbbüsü ilə bağlı hələlik heç bir konkretlik yoxdur.
Peskovun sözlərinə görə, istənilən missiya yalnız Azərbaycanın razılığı ilə mövcud ola bilər və bunu xatırlamağa dəyər.
“Biz də öz növbəmizdə həm Yerevan, həm Bakı, həm də Qarabağın etnik erməniləri ilə əlaqələrimizi davam etdiririk”, – Peskov bildirib.
Şayəstə Hüseynova





