Ukraynanın 2029-cu ilə qədər Avropa İttifaqına qoşulması ehtimalı azdır. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədr müavini Katarina Barley qiymətləndirib.
“Biz təkcə Ukrayna haqqında deyil, həm də bu ölkəni qəbul etməyi bacarmalı olan Avropa İttifaqı haqqında düşünməliyik”.
Onun sözlərinə görə, danışıqlar gedir, lakin faktiki üzvlük üçün bir az daha çox vaxt lazımdır. Hazırda Ukrayna bir çox meyarların heç birinə cavab vermir, deyə o qeyd edib.
Havar Şəfiyeva





