ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Tramp Təşkilatının aktivlərinin xalis dəyərini şişirtməklə bankları və sığortaçıları bank kreditləri və sığorta üzrə daha yaxşı şərtlərlə aldatdıqları aşkar edilib.
Elchi.az xəbər verir ki, Nyu Yorkun baş prokuroru Letitia Ceymsin ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı aktivlərini həddən artıq göstərdiyi iddiası ilə qaldırdığı iş üzrə qərar qəbul edilib.
Nyu York Ştat Məhkəməsinin hakimi Artur Enqoron belə qənaətə gəlib ki, Tramp öz aktivləri haqqında həddindən artıq hesabat verməklə və şirkətinin xalis dəyərini çox göstərərək bankları, sığorta şirkətlərini və digər biznes həmkarlarını aldadıb.
35 səhifəlik qərarda Tramp və onun adından çalışan rəhbər şəxslərin sərfəli kreditlər və aşağı sığorta haqları əldə etmək üçün illik maliyyə vəziyyətləri barədə yalan danışdıqları və bu şəkildə qanunun pozulduğu bildirilib. Engoron həmçinin cəza olaraq Trampın bəzi biznes lisenziyalarını ləğv etmək qərarına gəlib və Trump Organization-ın fəaliyyətinin müstəqil müşahidəçi tərəfindən yoxlanılmasını əmr edib.
Nuranə Məmmədova





