Tigrayda aparılan araşdırmaya görə, 2022-ci ilin noyabrında vətəndaş müharibəsi başa çatandan bəri bölgədə aclıqdan 1329 nəfər ölüb. BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) və USAID may ayında Efiopiyaya göndərilən ərzaq ehtiyatlarının oğurlanmasından sonra yardımı dayandırdıqlarını açıqlayıb.
Elchi.az xəbər verir ki, Səhiyyə Tədqiqat İnstitutu, Səhiyyə Nazirliyi və Tigraydakı Mekelle Universitetinin birgə apardığı araşdırmaya görə, 2022-ci ilin noyabrında sülh sazişinin imzalanmasından bu yana bölgədə 1329 nəfər aclıqla bağlı səbəblərdən ölüb.
Yardımların kəsildiyi dövrdən bu yana ölənlərin sayı hər ay artsa da, Tigrayda ölənlərin yarıdan çoxu aclıq üzündən baş verib.
Ştat və düşərgələrdəki tibb işçilərinin iştirakı ilə aparılan araşdırmada ölümlərin əsas səbəblərindən birinin BMT və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) köməyinin kəsilməsi olduğu vurğulanıb.
BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) və USAID may ayında Efiopiyaya göndərilən ərzaq ehtiyatlarının oğurlanmasından sonra yardımı dayandırdıqlarını açıqlayıb.
Efiopiyada federal hökumət 2022-ci ilin noyabrında qiyam qaldıran Tigray Xalq Azadlıq Cəbhəsi (TPLF) ilə sülh sazişi imzalayıb. Razılaşmadan sonra regional administrasiya TPLF-ə keçdi və təşkilat tərksilah edildi.
Nuranə Məmmədova





