İraqın şimalında baş verən yanğında yaralanan və ölənlərin sayı 450 nəfərə çatıb. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə İraqın Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
“Toy mərasiminin keçirildiyi zalda baş verən yanğın nəticəsində ölən və yaralananların sayı 450-yə çatıb. Faciə Mosul əyalətinin mərkəzinin şərqində yerləşən Həmdaniyyə şəhərində baş verib”, – deyə təşkilat bildirib.
Bundan əvvəl İraqın şimalındakı Nineva əyalətində toy zamanı yanğın başlayıb. Baş nazir Məhəmməd Şia Əl-Sudani hadisədə yaralananlara hər cür kömək göstərilməsini əmr edib.
Havar Şəfiyeva






