Fransanın Nigerdəki səfiri Silven İtte Afrika ölkəsinin paytaxtı Niameydən ayrılaraq Parisə yollanıb. Elchi.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı yerli mənbələrə istinadən məlumat yayıb.
İlkin məlumatlara görə, Itte bir neçə saat ərzində Parisdə olmalıdır. Lakin Fransa hakimiyyəti səfirin Niameyi tərk etməsi ilə bağlı məlumatı hələlik təsdiqləməyib.
Qeyd edək ki, daha əvvəl Fransa prezidenti Emmanuel Makron ölkənin Niameydəki səfirini və Nigerdəki bütün səfirlik işçilərini geri çağırdığını bildirib.
Havar Şəfiyeva






