Çörək sexi sahibi olan qadının qızılları oğurlanıb
Bakıda çörək sexinin sahibi qarət olunub.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə fevralın 8-də NZS qəsəbəsində yerləşən çörək sexində baş verib.
Oranın sahibi Abşeron rayon sakini Sevda Qarayevanın çantasından qızıl əşyalar oğurlanıb.
Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Astara rayon sakini Mahir Əzimov tutulub.
Araşdırmalar zamanı məlum olub ki, Mahir Əzimov əvvəllər də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı cinayət işi başlanıb araşdırma aparılır.
ANS PRESS



