ABŞ Konqresi Ukraynaya yardımın azaldılması ilə bağlı iki təklifi rədd edib.
Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti səsvermənin nəticələrinə istinadən yazır.
Belə ki, 330 qanunverici, o cümlədən 117 respublikaçı Pentaqonun büdcə layihəsindən Ukrayna üçün vəsaitin çıxarılmasına dair düzəlişin əleyhinə səs verib. Eyni zamanda həmin partiyanın 104 üzvü lehinə çıxış edib.
Kiyevə yardımdan tam imtina ilə bağlı düzəlişə gəlincə, palatanın 93 üzvü onun lehinə səs verib, lakin 339 qanunverici onun əleyhinə çıxıb və o, keçməyib.
Nuranə Məmmədova




