İtaliya A Seriyasının 6-cı həftəsində “İnter” öz meydanında qəbul etdiyi “Sassuolo”ya 2:1 hesabı ilə uduzub.
Elchi.az xəbər verir ki, Liqanın 6-cı həftəsində mövsümə 5-də 5-lə başlayan ” İnter” “Sassuolo”nu qəbul edib.
Meydan sahibləri, 45+1. İlk hissəni 1:0 hesabı ilə başa vurdular.
İkinci hissədə daha aqressiv oyun keçirən Sassuolo 51-ci dəqiqədə Nedim Bayrami və 63-cü dəqiqədə Domeniko Berardinin qolları ilə rəqibini 2-1 məğlub edib.
“İnter” bu məğlubiyyətə baxmayaraq, 15 xal və top fərqi ilə liderliyini davam etdirib. “Sassuolo” 9 xalla 8-ci pillədə qərarlaşıb.
Nuranə Məmmədova






