İsveçrə Milli Şurası silahlı münaqişələrdə iştirak edən ölkələrə, o cümlədən Ukraynaya silahların təkrar ixracı təşəbbüsünü rədd edib. Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd olunur ki, təşəbbüs təkrar ixracın ümumi tənzimlənməsinə yönəlib. İsveçrənin müdafiə əməliyyatları aparan ölkələri birbaşa hərbi texnika ilə təmin edə biləcəyi də güman edilirdi.
Lakin Milli Şuranın 135 deputatı təşəbbüsün əleyhinə səs verib. Yalnız 48 deputat onu dəstəkləyib.
Bundan əvvəl İsveçrənin BMT-dəki daimi nümayəndəsi Paskalya Kristin Berisvil izah edib ki, İsveçrə silahlarının Ukraynaya təkrar ixracı yalnız ölkə parlamentinin qanunvericiliyə dəyişiklik edəcəyi təqdirdə mümkündür.
Havar Şəfiyeva




