İstanbulda yaşayış binasında partlayış baş verib. Təbii qazdan qaynaqlandığı bildirilən partlayışda 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
Elchi.az bu barədə DHA-ya istinadən xəbər verir.
İlkin məlumata görə, Şirinevlər rayonu Kazım Karabəkir küçəsində yerləşən binanın 5-ci mərtəbəsindəki mənzildə təbii qazdan partlayış baş verib.
Hadisə yerinə polis, səhiyyə və yanğınsöndürmə briqadaları göndərilib.
Hadisə yerinə gedən İstanbul valisi Davud Gül partlayışda 2 nəfərin öldüyünü, 4 nəfərin öldüyünü açıqlayıb.
Qubernator Gül, “Yanğınsöndürmə briqadası yanğını söndürdü. Digər ailələr ictimai qonaq evlərinə və otellərə təxliyə edildi. Digər mənzillərdə zərərin qiymətləndirilməsi davam edir” dedi.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Nuranə Məmmədova




