Avropa Komissiyası Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara 2023-cü ilin oktyabrında başlamağı tövsiyə etmək niyyətindədir.
Elchi.az xəbər verir ki, baş nazir Denis Şmıqal bildirib ki, Ukrayna iki ildən sonra Avropa İttifaqına üzv olmağa tam hazır olacaq.
“Əmin olun ki, iki il ərzində biz Avropa İttifaqının bir hissəsi olmağa tam hazır olacağıq”, – Ukrayna hökumətinin başçısı “Politico” qəzetinə müsahibəsində deyib.
Xatırladaq ki, bir qədər əvvəl məlum olmuşdu ki, Avropa Komissiyası Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı Kiyevlə danışıqlara 2023-cü ilin oktyabrında başlamağı tövsiyə etmək niyyətindədir. Ölkənin Aİ-yə üzvlük istiqamətində aralıq addımları üçün Avropa Komissiyası müəyyən prioritet sahələrin problemlərinin, o cümlədən korrupsiyaya qarşı mübarizənin həllində irəliləyişə təkid edə bilər.
Şayəstə Hüseynova




