Rusiya prezidenti Vladimir Putin İtaliyanın İntesa Sanpaolo bankına Rusiyadakı aktivlərini satmağa icazə verib.
Elchi.az xəbər verir ki, Putinin imzaladığı fərmana əsasən, Intesa Sanpaolo bankı Rusiyadakı bütün aktivlərini sata biləcək.
Ukrayna müharibəsindən sonra bir çox Qərb maliyyə şirkətləri Rusiyadakı fəaliyyətlərini dayandırdılar.
Sözügedən şirkətlərdən bəziləri Rusiyada qarşılaşdıqları bürokratik əngəllər səbəbindən aktivlərinə sərəncam verməkdə çətinlik çəkdiklərini bildiriblər.
Şayəstə Hüseynova




