Norveçin məlumatların mühafizəsi orqanı Datatilsynet istifadəçi məlumatlarının məxfiliyini pozduğuna görə Meta Korporasiyasını cərimələmək tələbi ilə Avropa Məlumatların Mühafizəsi Şurasına müraciət edib. Elchi.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Avqust ayında Datatilsynet qərar qəbul edib ki, avqustun 14-dən korporasiya məqsədli reklam üçün istifadəçi məlumatlarının qanunsuz toplanmasına görə gündə 1 milyon kron ödəməli olub. Departament Metanın qərarından sonra əməllərindən narazı olduğunu açıqlayıb.
Qeyd edək ki, may ayında şirkət İrlandiyada 1,2 milyard avro cərimələnib. İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası bu cəzanı Meta-nın məlumat ötürmə qaydalarını pozduğuna görə tətbiq edib.
Havar Şəfiyeva





