"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

QAİ-dən erməni spikerin böhtan dolu çıxışına reaksiya

29 Sentyabr 2023 - 20:58
in SİYASƏT

Biz Ermənistan parlamentinin sədri Alen Simonyanın Avropa Şurası parlament rəhbərlərinin İrlandiyanın Dublin şəhərində keçirilən Avropa Konfransında etdiyi yalan və böhtan dolu çıxışını qınayırıq.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

“Əzabkeş cildinə girərək, “timsah göz yaşı” axıdan A.Simonyan öz çıxışında guya Ermənistanın demokratiya və insan hüquqlarına bağlı olduğu və bu səbəbdən də xarici təzyiqlərlə üzləşməsi təəssüratı yaratmağa çalışmışdır.

Xatırlatmaq istərdik ki, Ermənistanda heç vaxt demokratik və qanunun aliliyinə hörmət edən quruluş olmayıb. 2018-ci ildə əvvəlki cinayətkar rejimi çevriliş yolu ilə devirmiş hazırkı hökumət ideologiyası və siyasi xətti baxımından öz sələflərindən qətiyyən fərqlənmir. Müharibə caniləri Koçaryanın və Sarqsyanın millətçi və ksenofob ideologiyası, total etnik təmizləmə və ərazi ekspansiyası siyasətinin əlamətləri hələ də qalmaqdadır. “Qarabağ Ermənistandır. Nöqtə”, “Yeni ərazilər uğrunda yeni müharibə” deyən, 2020-ci il məğlubiyyətindən dərs çıxarmayıb Qarabağa silah-sursat, əsgər göndərən, Qarabağ üçün “beynəlxalq mexanizm”dən dəm vuran, ordusunun qalıqlarını Azərbaycandan çıxarmaqdan imtina edən Paşinyan hökumətinin əməlləri hələ yaddaşlardadır. İndi bu hökumətin azı sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və sülhdən danışması, onun səmimi şəkildə peşman olub haqq yoluna gəlməsi ilə bağlı deyil, Azərbaycan tərəfinin beynəlxalq hüquq çərçivəsində atdığı qətiyyətli addımlar sayəsində mümkün olmuşdur.

Qarabağ bölgəsinin erməni sakinlərinin re-inteqrasiyası üçün bütün şəraiti yaratmış Azərbaycanı “etnik təmizləmə”də əsassız şəkildə ittiham etmək əvəzinə Simonyan, niyə Ermənistan ərazisində bir nəfər də olsun azərbaycanlının qalmaması və Ermənistanın onların təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmasına imkan verməməsinə dair izahat verməlidir.

Nəhayət, vurğulamaq istərdik ki, insan hüquqlarından dəm vuran A. Simonyanın II Qarabağ müharibəsində öz torpaqlarını Ermənistan işğalından azad edərkən həlak olmuş azərbaycanlı hərbi qulluqçuların fotolarını öz sosial şəbəkə hesablarında təhqiramiz ifadələr işlədərək yaymasını unutmamışıq.

Biz Ermənistan tərəfindən xarici dairələrin əlində alət olmaq kimi zərərli vərdişindən əl çəkməyi, davamlı sülh üçün yaranmış fürsəti lazımınca dəyərləndirməyi və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edirik”, – bəyanatda vurğulanıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qarabağın erməni sakinləri Xankəndidəki yanğın zamanı həyata keçirilən tədbirlərə görə təşəkkür ediblər

Next Post

Qarabağda 1,5 milyon mina basdırılıb

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Qarabağda 1,5 milyon mina basdırılıb

Qarabağda 1,5 milyon mina basdırılıb

Şolts: “Qazaxıstan Almaniyanın xam neft tədarükündə mühüm tərəfdaşıdır”

Şolts: "Qazaxıstan Almaniyanın xam neft tədarükündə mühüm tərəfdaşıdır"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.