Boksçu Kliçko Ukraynada niyə cəbhədə olmadığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Vladimir Kliçko Almaniyanın ZDF telekanalına müsahibəsində Ukrayna uğrunda ölməyə hazır olmadığını, buna görə də cəbhədə olmadığını bildirib.
“Vətən üçün ölməyə hazır deyiləm. Mən onun üçün yaşamağa hazıram. Bu, ölməkdən daha çətindir”, – Kliçko jurnalistin sualını cavablandırıb.
Nuranə Məmmədova



