Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor Ukrayna Silahlı Qüvvələrinin çoxsaylı itkiləri səbəbindən Ukraynanı sülhə çağırıb.
Elchi.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə o , X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Makqreqor müharibənin Ukrayna mərhələsinin başa çatdığını vurğulayıb.
“Onlar Qərb Cəbhəsində Birinci Dünya Müharibəsi zamanı Müttəfiq qüvvələrin itkiləri ilə müqayisə oluna biləcək dərəcədə əsgər itirirlər. 1918-ci ildə Qərb Cəbhəsində vuruşduğumuz hər gün orta hesabla gündə min adam itirdik”, – o vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında Ukrayna Silahlı Qüvvələrinin əks-hücum zamanı 71,5 min nəfər itki verdiyini bildirib . Dövlət başçısı düşmənin itkilərini böyük adlandırıb və etiraf edib ki, Kiyev itirilmiş resursların bərpası üçün danışıqları bərpa edə bilər. “Əlbəttə ki, [əks-hücumun] heç bir nəticəsi yoxdur. İndi biz deməyəcəyik – uğursuzluq, uğursuzluq yox, nəticə yoxdur, itkilər var”, – Rusiya lideri bildirib.
Nuranə Məmmədova





