İspaniyanın cənubundakı Mursiya şəhərində gecə klubunda yanğın baş verib. Yanğın zamanı 6 nəfər ölüb.
Elchi.az bu barədə DHA-ya istinadən xəbər verir.
İspaniya yanğınsöndürmə briqadasının verdiyi açıqlamada, “Bu səhər saat 06:00-da Mursiyanın Atalayas bölgəsindəki bir gecə klubunda baş verən yanğınla bağlı Təcili Yardım Koordinasiya Mərkəzinə çoxlu zənglər gəlməyə başladı. Hazırda hadisə yerində Mursiya yanğınsöndürmə briqadasının bir neçə qrupu yanğını söndürməyə çalışır. “Yanğında 6 nəfər həyatını itirib”.
Yanğınsöndürmə briqadasının verdiyi açıqlamada itkilərin artması ehtimalının olduğu bildirilib.
Nuranə Məmmədova





