"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Partiyaların ölkəmizin siyasi həyatında iştirakı gücləndirilməlidir” – Qüdrət Həsənquliyev

02 Oktyabr 2023 - 17:04
in MANŞET

“Qanun layihəsini hazırlayan işçi qrupun üzvlərinə təşəkkürümü bildirirəm. Yenə də həmkarları kimi bəyan edirəm ki, mövcud nöqsanlar qanunların olmaması ilə əlaqəli deyil. Qanunların icrası ilə bağlı problemlər var”.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Elchi.az Xalqcəbhəsi.az-a istinadən  xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət qurucluğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanunun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, bu halda da hakimiyyətin qollarının bir-birinə qarşılıqlı nəzarəti olmalıdır ki, hökumətin, icra orqanlarının üzərində xalqın seçdiyi millət vəkillərinin, parlamentin həm də bir nəzarət mexanizmi olsun: “Bu mexanizmlər də düşünürəm ki, qanunda öz əksini tapmalıdır. Ümumiyyətlə, ölkəmiz tarixi uğura imza atıb. Biz, torpaqlarımızı işğaldan azad etmişik. Amma bilirik ki, iqtisadiyyatımız hökumətin də etiraf etdiyi kimi neft sənayesindən çox asılıdır və neftin hasilatı da azalır. Neft və qazın bazarlarda qiyməti çox dəyişkəndir. Qeyri-neft sektorunu inkişaf etdirməliyik və bunun üçün də ölkədə mütləq ciddi rəqabət mühiti olmalıdır. Bundan sonra “Energetika haqqında qanun”u müzakirə edəcəyik. Orada da qeyd olunur ki, hakimiyyətin əsas vəzifələrindən biri sağlam rəqabət mühitinin yaradılmasıdır. Amma bunun izahı verilmir ki, sağlam rəqabət mühiti dedikdə nə başa düşülür, nə yaradılmalıdır? Yəni haqsız rəqabət olmamalı, buna son qoyulmalıdır. Təsərrüfat subyektləri arasında vətəndaş məmnunluğuna yönələn bir yarış təşkil olunmalıdır. Yəni, biz, bunu edə biləcəyiksə, həqiqətən ölkədə yeni iş yerləri açılacaq, Azərbaycan gəncləri iş dalınca qonşu ölkələrə üz tutmayacaq. Burda da proteksionizmə və inhisarçılığa son qoyulacaq. Bu istiqamətdə köklü addımlar atılmalıdır. Köklü addımlardan biri də ondan ibarətdir ki, mütləq böyük özəlləşdirməyə gedilməlidir. Ölkə iqtisadiyyatının əsas sahələri sosializm dövründə olduğu kimi dövlətin nəzarətindədir. Buna son qoyulmalıdır. Konstitusiyanın 15-ci maddəsində qeyd olunur ki, dövlət iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir və “Antiinhisar fəaliyyəti haqqında qanun”un 12-ci maddəsində də qeyd olunur ki, təsərrüfat subyektlərinin bazarda payı 35 faizdən artıq olmamalıdır. Amma görürük ki, konstitusiyanın və qanunun tələbləri yerinə yetirilmir”.

“Məni narahat edən başqa bir məqam da ondan ibarətdir ki, rəqabət orqanı və bu orqan tərəfindən formalaşdırılan bir rəqabət komissiyası olacaq”,- deyən millət vəkili əlavə edib ki, yenə də onların tətbiq elədiyi cərimələrin 50 faizi həmin orqanın əməkdaşlarının sosial müdafiəsini gücləndirmək üçün istifadə ediləcək: “Dəfələrlə bu barədə danışmışıq ki, bu yanlış siyasətdir. Dövlət qulluqçularına, onların gördüyü işlərə görə, işin nə dərəcədə ağır, stressli olmasına görə, əməkhaqqı verilməlidir. Yəni belə olduğu halda, biz, sanki onları stimullaşdırırıq ki, onlar daha çox cərimə tətbiq etməyə meylli olsunlar, nəinki həmin sahədə nizam-intizamın yaradılması və iqtisadiyyatın inkişafına töhfə vermək haqqında düşünsünlər. Burada bəzi anlayışlar da var və biz, ikinci oxunuşda bu barədə konkret maddələr üzrə danışacağıq. Vaxtilə Korrupsiyaya qarşı əvvəlki mübarizə komissiyası formalaşdırılanda da mən, o zaman təkidlə söyləyirdim ki, həmin komissiyanın üzvləri korrupsiyanın subyekti olan şəxslərdən ibarət formalaşdırılmamalıdır. Ona görə ki, onlar bir-birinin nöqsanlarını açmayacaqlar. Bu sırf psixoloji bir məsələdir. Ona görə də tamamilə müstəqil şəxslərən ibarət bir komissiya formalaşdırılmalıdır. İndi də düşünürəm ki, bu komissiyanın rəqabət orqanının fəaliyyətinə müəyyən mənada nəzarət edəcək, onun qəbul etdiyi qərarların nə dərəcədə ədalətli olub-olmamasını araşdıracaq komissiya cənab prezident tərəfindən formalaşdıırlmalı və qanunvericilikdə bu məqam öz əksini tapmalıdır. Onu təşkil edən şəxslər də dövlət qulluqçusu olmamalı, siyasi partiyalar tərəfindən də namizədliyi irəli sürülmüş tam müstəqil şəxslərdən ibarət olmalıdır. Düşünürəm ki, bir çox problemləri həll etmək üçün siyasi partiyaların ölkəmizin siyasi həyatında iştirakı gücləndirilməlidir, o cümlədən parlament nəzarəti”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu ölkə Rusiyaya görə hər şeyini itirə bilər – PROQNOZ

Next Post

Xocalıda narkotik plantasiyasının aşkarlanması… – Hacıyev

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Xocalıda narkotik plantasiyasının aşkarlanması… – Hacıyev

Xocalıda narkotik plantasiyasının aşkarlanması… - Hacıyev

Bundan sonra Avropa  suya daha çox pul xərcləməli olacaq

Bundan sonra Avropa suya daha çox pul xərcləməli olacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.