Fırıldaqçılıq iddiası aldatma və quraşdırmadır. Elchi.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünə və şirkəti olan “Trump Organization”a qarşı məhkəmə prosesi başlamazdan əvvəl deyib.
Keçmiş Amerika lideri bu işi özünə qarşı cinayət adlandırıb, çünki rayon prokuroru və baş prokuror korrupsionerdir və onların məqsədi seçki kampaniyası çərçivəsində ona zərər verməkdir.
Daha əvvəl Nyu York hakimi Artur Enqoron Trampın və Tramp Təşkilatının saxtakarlığa görə məsuliyyət daşıdığına qərar verib. Məlumata görə, Tramp və onun şirkəti aktivləri əhəmiyyətli dərəcədə həddən artıq qiymətləndirərək və xalis dəyəri şişirdərək bankları, sığortaçıları və başqalarını aldadıb.
Havar Şəfiyeva






