Ulduzların bəmbəyaz dişləri kimi ağ dişlər istəyirsiniz? Hollivud təbəssümü əldə etmək üçün heç də bahalı prosuderlərdən keçmək lazım deyil. Ev şəraitində asan yollarla ürəkdən gülmək üçün gözəl gülüş əldə etmək olar.
ANS PRESS dişləri ev şəraitində ağartmağın 5 yolunu təqdim edir.
Banan qabığı
Banan qabığının daxilində kalium, maqnezium, manal kimi minerallarla zəngindir. Bu minerallar diş minası tərəfindən sovrulur və ağardıcı təsir göstərir. Dişlərinizi fırçaladıqdan sonra banan qabığı ilə onları sürtün və 2 dəqiqə gözləyin. Sonra isə yaxalayın.
Tibbi kömür
Nyu Cersili həkim bu kömürün inanılmaz effektiv təsirə malik olduğunu deyir. Bunun üçün az miqdarda kömürü su ilə qarışdırın. Sonra fırça ilə sürtün. Ağzınızdan karbon tamamilə təmizənə kimi yaxalayıb. Əsla udmaq olmaz.
Çiyələk məcunu
Çiyələyin tərkibindəki asitlər qəhvə, çay, şərab ləkələri ilə mübarizədə əvəzsizdir. 2 çiyələyi əzin və tibbi kömürlə qarışdırın. 5-7 dəqiqə dişlərinizi fırmalayın. Hər gün istifadə edilməsi məsləhət deyil.
Alma sirkəzi qarqarası
3 qaşıq su ilə 1 qaşıq sirkə ilə qatın. Bu məhluldan gündə bir dəfə qarqara kimiiadə etmək olar.
Azonlaşdırılmış su və soda
İki məhsulu məcun halına gələnə kimi qarışdırın. Məhlulu fırçanın üzərinə qoyun və adi məcun kimi dişlərinizi sürtün. 3-5 gün istifadədən sonra 6 aylıq fasilə verin. Əks halda aşındırıcı təsirə malik soda dişlərinizin mina qatına zərər verə bilər.







